EN

Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirildi

Bakı. Trend:

25 iyun 2024-cü il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi və Rusiya FederasiyasınınXarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluqməsləhətləşmələri keçirilib.

XİN-dən Trend-ə verilənxəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluqİdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə RusiyaFederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinindirektoru Aleksey Klimov rəhbərlik edib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininvə Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluqsahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ocümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluqxidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikirmübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarınınqorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrəmüzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasıarasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdəəlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərinvacibliyini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərininrəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
37
az.trend.az

10Sources