EN

Kruiz gəmisində itkin düşən qız 27 ildən sonra fotoda TAPILDI

27 il əvvəl “Rhapsody of the Seas” kruiz gəmisində yoxa çıxan Virciniyalı Emi Linn Bredlinin televiziya şousunda nümayiş etdirilən fotoşəkildə tapıldığı iddia edilir.

 

Sfera.az bildirir ki, qızı sonuncu dəfə 1998-ci il martın 24-də səhər saatlarında kabinəsinin eyvanında yatarkən görüblər. Müəmmalı yoxa çıxdıqdan sonra ailəsi üçün unudulmaz macəra kabusa çevrilir.


Emi Linn Bredli yoxa çıxanda 168 sm boyu, təxminən 54 kq çəkisi, qısa qəhvəyi saçları və yaşıl gözləri olan gözəl bir qız idi.


"Biz hər gün ki, bəlkə bu gün Emini taparıq ümidi ilə oyanırıq”-deyə anası Eve Bredli bildirib.


Müstəntiqlər və ekspertlər axtarışda kömək etmək üçün hətta yaşa bağlı dəyişiklikləri nəzərə alaraq amerikalı qadının görünüşünü kompüterlə modelləşdiriblər. Qadın sağdırsa, indi onun 50 yaşı var.

 

Bu hekayədə yeni bir dönüş isə “Dr. Phil” şousunda itkin düşən şəxsə vizual olaraq çox bənzəyən alt paltarlı gənc qadının fotoşəkili göstərildikdə yaranıb. Jurnalistlərin fikrincə, görüntülər Karib dənizində “böyüklər üçün tətillər”ə cəlb edən internet saytında reklam materialının bir hissəsi olub. Valideynləri qızın Emi ola biləcəyindən narahatdırlar.

 

Şouda alt paltarlı gənc qadının vizual olaraq itkin qadına çox bənzədiyi fotosu nümayiş etdirilib.

 

FBİ qadının taleyi ilə bağlı hər hansı məlumatı olan hər kəsi dərhal polisə müraciət etməyə çağırır. Vacib məlumatlar üçün isə hətta 25.000 dollar mükafat vəd edilir.

 

 

Aynil
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
sfera.az

1Sources