EN

NATO Ukraynanın PUA-ları tüfənglə vurmaq təcrübəsini öyrənir

NATO Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçuş aparatları (PUA) ilə mübarizədə atıcı silahlardan istifadə təcrübəsini öyrənməyə başlayıb.

Musavat.com xəbər verir ki, bunu İtaliyanın “Benelli Armi” hərbi şirkətinin rəhbərlərindən biri Mauro Della Konstansa deyib.

Onun sözlərinə görə, Ukraynada müxtəlif növ kiçik atıcı silahlardan PUA-ları məhv etmək üçün uğurla istifadə olunması şirkətin ov tüfənglərinə tələbatı artırıb.

O əlavə edib ki, PUA-ları zərərsizləşdirmək üçün ov tüfəngindən istifadəyə marağın artması həm də bu cür silahların ucuzluğu və asan işləməsi ilə bağlıdır.

“Defence News”un yazdığına görə, “Benelli Armi” artıq Fransa və İtaliya Silahlı Qüvvələrinə PUA-lara qarşı istifadə üçün xüsusi hazırlanmış sursatla ov tüfəngi verir. Lakin belə silahlar yalnız 80-120 metr məsafədə dronlarla döyüşmək üçün yararlıdır və onların çəkisi 25 kiloqramdan çox olmamalıdır.

Nəşr qeyd edir ki, partlayıcı qurğu daşıyan PUA ilə toqquşma zamanı piyadaların əlindəki atıcı silahların effektiv müdafiə vasitəsi olması ehtimalı azdır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
musavat.com

1Sources