Türkiyənin İzmir şəhərində meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə 2 təyyarə, 4 helikopter, 5 su tankeri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.