EN

Şimali Koreya Cənuba daha 350 zibil şarı GÖNDƏRDİ

İki ölkə arasında gərginliyin artması fonunda Cənubi Koreya Şimali Koreyadan gələn zibilin olduğu daha 350 şar aşkar etdiyini bildirib. Cənubi Koreyada Şimaldan zibillə yanaşı, daha təhlükəli bir şeyin də gələ biləcəyindən ehtiyat edirlər, ona görə də hakimiyyət sakinlərə hava şarlarına yaxınlaşmamaları və onlara toxunmamaları barədə xəbərdarlıq edir.


Sfera.az xəbər verir ki, hətta bir neçə şar artıq Seula enib. Hakimiyyət əhalini Şimali Koreyadan gələn “hədiyyələrə” toxunmamağa çağırıb, çünki orada zibildən başqa şeylər də ola bilər.


Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri şübhəli hava şarının yerli vaxtla axşam saat 9 radələrində Seulla həmsərhəd olan şimal Kyonqqi əyalətində uçduğunu bildirib.

 

KXDR-dən 100-ə yaxın şar Cənubi Koreyanın müxtəlif bölgələrinə düşüb, onların əksəriyyəti Kyonqqi əyalətinin şimalında və paytaxt Seulda tapılıb. Hesabatda indiyədək heç bir təhlükəli maddə aşkar edilmədiyi qeyd olunub. 


Seul Böyükşəhər Hökuməti daha sonra Şimali Koreya hava şarının Seul səmasına qalxdığı barədə xəbərdarlıq göndərərək vətəndaşların yerə enmiş şarlara toxunmaqdan çəkinməyi və hər hansı gördükləri şar barədə səlahiyyətlilərə məlumat verməli olduqlarını bildirib.

 

Cənubi Koreya ordusu son bir neçə ildir dayandırdığı sərhəd boyu səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarını bərpa edib.  Xəbərdarlıq edilib və Seulun səsgücləndirici əməliyyatını bərpa edib-etməməsinin Şimali Koreyanın hərəkətlərindən asılı olduğunu əlavə edib.

 

"Hərbçilərimiz dərhal anti-Şimali Koreya təbliğat yayımına başlamağa hazırdır. Strateji və əməliyyat vəziyyətindən asılı olaraq çevik hərəkət edəcək".


Qeyd edək ki, may ayından bəri Şimali Koreya Kim Çen In rejimini tənqid edən materiallardan ibarət vərəqələr atan Cənubi Koreyalı fəallara qarşı cavab olaraq 1000-dən çox şar göndərib.

 

Cümə axşamı Cənubi Koreyalı bir insan haqları qrupu Şimali Koreyaya qarşı minlərlə anti-təbliğat vərəqələri və Cənubi Koreya əyləncələrini əls etdirən USB diskləri olan 20 böyük şar havaya atıb. Bir gün sonra, cümə günü Şimali Koreya liderinin bacısı Kim Yo Conq Cənubi Koreyanı qarşıda problem gözlədiyi barədə xəbərdar edib.

 

Şimali Koreyadan gətirilən şarların içərisində peyin, tullantı kağızı, zədələnmiş Cənubi Koreya brend geyimləri, həmçinin Disney personajlarını təqlid edən geyimlər olub.

 

Bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi yarımadaya yaxın sularda Cənubi Koreya və Yaponiya ilə üçtərəfli təlimlər öncəsi həftə sonu Cənubi Koreyaya gəlib. Bu, Vaşinqtonun müqavilə üzrə müttəfiqi Cənubi Koreyaya bağlılığını bir daha təsdiqləmək məqsədi daşıyan ABŞ-ın hərbi addımlarının hələ ki, sonuncusudur.


Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ və Cənubi Koreya rəsmiləri bazar ertəsi diplomatik kəşfiyyat məlumatlarının mübadiləsi və təhlili üçün yeni anlaşma memorandumu imzalayıblar.

 

Aynil

Chosen
187
1
sfera.az

2Sources