EN

İngilis futbolçu məşqlərə başladı

Lük Şou ilə bağlı sevindirici xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, o, artıq məhdudiyyətsiz məşqlərə başlayıb.

İngiltərə yığmasının müdafiəçisi ümumi qrupla məşq edir. Böyük Britaniya mənbələrinin məlumatına görə, “Mançester Yunayted”in oyunçusu fevralda ağır zədə alandan bəri oynaya bilməyib. Buna baxmayaraq, Lükün adı milli komandanın siyahısına daxil edilib. Yığmanın baş məşqçisi Qaret Sautqeyt onun Almaniyada sağalacağına və Avropa çempionatında komandaya kömək edəcəyinə inandığını vurğulamışdı.

Şou qrup mərhələsinin 3-cü turunun Sloveniya ilə oyununda iştirak etməyəcək, lakin komandası vəsiqə qazanacağı halda Avropa çempionatının pley-off mərhələsində çıxış edə biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources