EN

Nayrobidə etirazçılarla polis arasında toqquşmada 8 nəfər ölüb

Keniyada etirazçılar vergi artımı nəzərə alınmaqla büdcə layihəsinə səsvermənin başa çatdığı Nayrobidəki parlament binasına basqın ediblər.

Keniyanın "Citizen TV"-ninverdiyi məlumata görə, maliyyə qanun layihəsinə etiraz edən nümayişçilər binanı yandırıblar.

Hazırda ölkə paytaxtının mərkəzində silah və partlayış səsləri eşidilir, parlament binasından tüstü çıxır. Məlumdur ki, iğtişaşları təşkil edənlər ölkə prezidenti Uilyam Rutonun da istefasını tələb edirlər.

“Polislə etirazçılar arasında şiddətli toqquşma zamanı bir neçə nəfər güllələnib. Etirazçılar qanunvericilərin mübahisəli qanun layihəsini qəbul etmək üçün səs verdikləri parlamentə doğru yürüşə başladıqdan sonra polis atəş açmağa məcbur olub",-deyə məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
aznews.az

1Sources