EN

Bakıda 2 dostun qətli ilə bağlı məhkəmədə şahidlər ifadə verib

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevin qətlə yetirilməsində təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazov lə bağlı cinayət işi üzrə məhkəməsində şahidlər dindirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid Emin Hüseynov ifadə verib.

Onun sözlərinə görə, orda baş verən insidentin şahidi olmayıb: "Həmin gün dostum Əbülfəzlə Neftçilər metrosu yaxınlığında çay içirdim. Vüqardan mesaj gəldi və dedi ki, Şahin ona zəng edib. Sonra getdik Çapayev küçəsinə. Telefonda Şahinə dedim ki, get evə, içkilisən. Gələndə gördük bıçaqlanıblar. Polis bölməsində müstəntiq dedi ki, Şahinlə Fərid bıçaqlanıblar".

Şahid Vüqar Kərimovun sözlərinə görə, onu restorana Şahin çağırıb: "Mənlə bir yerdə Emin və Əbülfəz olub. Şahini götürüb getdik başqa restorana. Orada bir az söhbət etdik. Rəhmətlik Şahin telefonla Raminlə danışdı, Ramin dedi ki, gəlin bir yerdə çay içək. Orda Tural tutdu mənim yaxamdan bıçaq çıxartdı, yıxıldım yerə. O vaxtı dedilər ki, Fəridi vurdular. Mən də saxlanılmışdım və Cinayət Məcəlləsinin 221.2.1 -ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlandı. Sonra ev dustaqlığına buraxıldım. Biz tərəfdən ancaq Şahində bıçaq var idi".

Məhkəmənin növbəti iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.

İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
e-huquq.az

1Sources