EN

Amerikalı qadının qəddarlığı Baydeni də təsirləndirib...

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Texas ştatında bir qadının Fələstin əsilli müsəlman olduğu üçün 3 yaşlı uşağı boğmağa cəhd etməsindən narahatlığını ifadə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden sosial media platforması "X" hesabında Fələstin əsilli müsəlman uşağa edilən hücumla bağlı açıqlama verib. Sözügedən hadisədən dərin narahatlığını bildirən Bayden deyib: “Heç bir uşaq şiddətli hücuma məruz qalmamalıdır. Ürəyim onun ailəsi ilə birlikdədir”.

Mayın 19-da Fələstin əsilli ana ilə 3 və 6 yaşlı uşaqları yaşadıqları kompleksin hovuzunda qarşılaşdıqları amerikalı Elizabet Volfun əvvəlcə irqçi ifadələri, daha sonra hücumuna məruz qalıblar. 6 yaşlı uşaq hücüm edənin əlindən çətinliklə xilas olub, ancaq Volf3 yaşlı uşağı suya basıb. Ana və uşaqları hadisə yerində olan bir afroamerikalı xilas edib.

42 yaşlı Elizabet Volf "adam öldürməyə cəhd" ittihamı ilə saxlanılıb.

Chosen
35
2
sia.az

3Sources