EN

Bu tələbələr İsveçrədə təqaüdlü mübadilə proqramını uğurla tamamlayıb

UNEC-in Avropanın aparıcı universitetləri ilə mübadilə proqramları çərçivəsində tələbələrimiz dünyanın ən gözəl ölkələrindən olan İsveçrədə təhsil almaq şansı əldə ediblər. Magistr tələbələrimiz Əli Ömərli (UNEC SABAH “Elektron kommersiya”), Rauf Yusifov (BMDM) və Aysun Ansarova (UNEC Biznes Məktəbi) hazırda İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbində təqaüdlü mübadilə proqramı çərçivəsində bir semestrlik təhsillərini uğurla başa vurmaq üzrədirlər.

QHT.az xəbər verir ki, bu tələbələrimiz yalnız akademik sahədə deyil, həm də İsveçrənin mədəniyyətini, tarixini və ictimai həyatını yaxından tanımaq imkanı qazanıblar. Onlar, İsveçrədəki təhsil təcrübələrini paylaşaraq, UNEC-dəki digər tələbələrə də bu imkanlardan yararlanmaq üçün ilham verməyi planlaşdırırlar.

UNEC-in bu cür mübadilə proqramları tələbələrin beynəlxalq təcrübə qazanması və qlobal miqyasda rəqabətə hazır olması üçün əvəzsiz imkanlar yaradır. İsveçrədə təşkil olunmuş bu proqram, tələbələrimizin bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda müxtəlif mədəniyyətləri tanımaq baxımından böyük əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
qht.az

1Sources