EN

Josep Borreli o əvəz edəcək

Estoniyanın baş naziri Kaia Kallas Josep Borrelin yerinə Avropa diplomatiyasının rəhbəri olacaq.

Publika.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Avropa İttifaqı ölkələrinin liderləri Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının prezidenti vəzifəsinə namizədliyi və Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa Şurasının rəhbəri təyin edilməsi barədə də razılığa gəliblər.

“Politico”nun daha əvvəl xəbər verdiyi kimi, Estoniyanın baş naziri Rusiya vətəndaşlarına qarşı həddindən artıq sərt münasibətinə görə, Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi qəbul edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
publika.az

1Sources