EN

Aİ liderləri von der Leyenin AK Prezidenti vəzifəsinə namizədliyini razılaşdırıb - YENİLƏNİB

Aİ-nin əsas işləri ilə bağlı danışıqlar aparan altı lider, Almaniyadan Ursula von der Leyen, Portuqaliyadan Antonio Kosta və Estoniyadan Kaya Kallasın Avropa Komissiyasında, Avropa İttifaqı Şurasında və Aİ-nin xarici siyasət xidmətində ən yüksək vəzifələrə sahib olmaları barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə "Politico" Aİ-dəki beş diplomatik şəxsə istinadən yazıb.

Danışıqların altı iştirakçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Polşanın Baş naziri Donald Tusk (Avropa Xalq Partiyasından), İspaniyanın Baş naziri Pedro Sançez və Almaniya Kansleri Olaf Şolts (sosialistlər), Fransa Prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri Mark Ruttedir (liberallar).

Növbəti addım Aİ liderlərinin cümə axşamı günü Brüsseldə keçiriləcək görüşü olacaq və orada üç ad dövlət və hökumət başçılarına təsdiq olunmaq üçün təqdim olunacaq.

Anonimlik şərti ilə danışan rəsmilərdən biri İtaliyanın Baş naziri Giorgia Meloninin danışıqlarda iştirak etməməsinin ona xoş gəlməyəcəyini əlavə edib, çünki onun Avropa Parlamentindəki siyasi qrupu indi iyundakı seçkilərdən sonra üçüncü ən böyük qrupdur.

***

16:08

Aİ liderləri Ursula von der Leyenin ikinci müddətə Avropa Komissiyasının Prezidenti vəzifəsinə irəli sürməyə razılaşıblar.

APA xəbər verir ki, bu barədə DPA agentliyi danışıqlar prosesindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, qarşıdan gələn mühüm Aİ sammitindən əvvəl, AP-dəki vacib siyasi qrupların liderləri CDU (Xristian Demokratlar İttifaqı partiyası - red.) siyasətçisi Ursula von der Leyeni daha bir müddət üçün Aİ Komissiyasının sədri kimi dəstəkləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
5
apa.az

6Sources