EN

Sevastopola hücum: Qəlpələr çimərliyə töküldü - Video

Ukrayna ordusunun Sevastopola ATACMS raketləri ilə zərbə endirməsinin növbəti görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər Teleqram kanalları tərəfindən yayılıb.

Videodan görünür ki, zərbə birbaşa çimərliyə endirilməyib, raketlər Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən çimərlik üzərində vurulub və qəlpələri də əraziyə tökülüb.

Qeyd edək ki, Ukrayna ordusunun ATACM raketləri ilə Sevastopolu vurması nəticəsində 4 nəfər ölüb, 151 nəfər yaralanıb. Rusiya hadisədə ABŞ və Ukraynanı günahlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
axar.az

2Sources