EN

Fidan Mirzoyanla regional məsələləri müzakirə etdi

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub. Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.

“Cebhe.info”

Chosen
91
2
cebheinfo.az

10Sources