EN

Finlandiya Rusiyadan maye qaz alışını dayandıran ilk ölkə oldu

Finlandiyanın Gasum şirkəti iyulun 26-dan etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxal etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada məlumat yer alıb.

Məlumatda qeyd olunur ki, Avropa İttifaqının iyunun 24-də tətbiq etdiyi sanksiyalar şirkətə “Qazprom Export”la müqaviləni ləğv etməyə imkan vermir, lakin qazpaylayıcı şəbəkəyə qoşulmayan Avropa terminallarına enerjinin alınması və ya idxalı üçün fors-major haldır: “Gasum Aİ-nin bütün sanksiyalarına əməl edir və iyulun 26-dan etibarən Rusiyadan LNG almayacaq və idxal etməyəcək”.

Finlandiya şirkəti “Qazprom Export”la agentlik müqaviləsi əsasında Kriyoqaz-Vsotsk-dan (NOVATEK-in bir hissəsi) LNG alır, çünki NOVATEK enerjidaşıyıcılarını ixrac etmək hüququna malik deyil.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
musavat.com

1Sources