EN

Mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Coşqun Güləhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Coşqun Güləhmədov saxlanılıb. Araşdırmalarla onun Səbail rayonu ərazisində bir mağazadan pul, bir köşkdən isə 1600 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub. C.Güləhmədova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
e-huquq.az

1Sources