EN

Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Şirvanda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən İbrahim Əsədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İbrahim Əsədov həmyerlisi - Şirvan sakini, 2006-cı il təvəllüdlü Mirsadiq Mustafayevə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Chosen
71
e-huquq.az

1Sources