EN

Fransa ilə danışıqların bərpası üçün Rusiya heç bir şərt tələb etmir- Putinin mətbuat katibi

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva iş naminə Parislə dialoqa hazırdır.

Hafta.az xəbər verir ki, “RT” kanalının yaydığı məlumata görə, D.Peskova Rusiya və Fransa liderləri Vladimir Putin və Emmanuel Makron arasında söhbətin mümkünlüyü barədə sual verilib.

“Prezident dəfələrlə danışıqlara, xüsusən də iş naminə danışıqlara açıq olduğunu bildirib”, - Peskov bildirib.

O, əlavə edib ki, bunun üçün heç bir şərt tələb olunmur.

Bundan əvvəl Makron “Generation Do It Yourself” podkastında rusiyalı həmkarı Putinlə dialoqu davam etdirə biləcəyini bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
hafta.az

1Sources