EN

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

İmişlidə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Camal Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İmişli rayon sakini Camal Heydərov idarə etdiyi "Ford Tranzit" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qarşısına çıxan piyada Həsən Şəmiyevi vurub. Piyada hadisə nəticəsində həyatını itirib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
e-huquq.az

1Sources