EN

Qərbin özünümüdafiə şansı qalmayıb: böyük təhlükə qapıda

Soyuq müharibə başa çatdıqdan sonra “qələbə”dən məst olmuş Qərb ölkələri başqa dövlətlərə demokratik ideyalar verməyə başladılar. Lakin indi dünya düzəninin dəyişməsi ilə əlaqədar Qərb özünü müdafiə etməli olur.

Publika.az xəbər verir ki, bu barədə Çexiyanın iDNES nəşri yazır.

Məqalədə deyilir ki, Qərb ölkələri sadəcə olaraq “kapitalizmi və demokratik “müdrikliyi” başqa ölkələrə ixrac edərək onları öz simasını tədricən dəyişdirə biləcəklərinə” inanmaqla ciddi səhvə yol veriblər. Qeyd olunur ki, bu yanlış təsəvvürlərə görə, Qərb özünü qoruma rejimini tamamilə itirib.

Bundan əlavə, nəşr yazır ki, bu cür hərəkətlər fonunda Qərb Rusiya və Çin kimi digər böyük ölkələrin də səsvermə hüququna malik olduğunu unudub.

Qəzet vurğulayır ki, qlobal dünya düzənində baş verən dəyişikliklər kontekstində Qərb ölkələri digər güclərin fikirlərini nəzərə almağı öyrənməli olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
publika.az

1Sources