EN

İsrail ordusu HƏMAS rəhbərinin evini vurub: bir ailənin 10 üzvü öldürülüb

İsrail
İsmayıl Haniyə

İsrail ordusu Qəzza zolağında Şati qaçqın düşərgəsində Haniyə ailəsinə məxsus evi vurub.

Reyting.az
-ın məlumatına görə, Fələstin rəsmiləri deyiblər ki, hücum zamanı HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyə ailəsinin 10 üzvünü itirib.

Həyatını itirənlər arasında Haniyənin bacılarından Zuhr Haniyə də var. Səlahiyyətlilər bombardman nəticəsində dağılan evin dağıntıları altında hələ də çoxlu cəsədin ola biləcəyini bildirir.

Xatırladaq ki, İsmayıl Haniyə aprel ayında İsrailin növbəti hücumunda üç oğlu və dörd nəvəsini itirib. HƏMAS lideri aprel qırğınından sonra verdiyi açıqlamada müharibənin ilk 7 ayında 60 ailə üzvünü itirdiyini bildirib.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
reyting.az

1Sources