EN

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub (FOTO)

Bakı. Trend:

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüdproqramının bağlanış tədbiri baş tutub.

Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verənvə bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding özKSM fəaliyyəti çərçivəsində “Əlaçı” proqramını tədqim etmişdir.

“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatəedən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutanbir illik təqaüd proqramıdır. 2023-2024-cü tədris ilini əhatə edənvə beləcə artıq ikinci dəfə təşkil olunan “Əlaçı” proqramıçərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafınayönəlmiş tədbir və təlimlər təşkil olunur.

Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı2100-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfərtəşkil etmişdir. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu,oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası,netvörkinq görüşləri və PAŞA Holding, PAŞA Sığorta və PAŞATechnology şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkiledilib. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarınıninkişafı, həm də karyera inkişafını əhatə edib.

Onu da qeyd edək ki, cari proqram müddətində “Əlaçı”lar üçünSığortaçı məktəbi də təşkil edilib ki, bu məktəbə 20 tələbəseçilərək sığorta ilə bağlı təlimlərdə iştirak ediblər. Bundanəlavə, ümumi layihə müddətində 20-yə yaxın Əlaçı tələbəsi PAŞAqrupda iş fəaliyyətinə başlayıb.

PAŞA
PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Chosen
61
5
az.trend.az

6Sources