EN

Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının rəhbəri ola bilər

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri, Portuqaliya Baş naziri Antonio Kosta Avropa Şurasının sədri, Estoniyanın baş naziri Kaya Kallasın Avropa diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Kosta ilkin olaraq 2,5 il müddətinə Avropa Şurasının rəhbəri vəzifəsini tutacaq.
İyunun 27-28-də Brüsseldə keçiriləcək Aİ sammitində siyasətçilərin Avropa institutlarında yüksək vəzifələrə təyin edilməsi məsələsinin müzakirə olaunacağı gözlənilir

Avropa İttifaqının əsas qaydalarına görə, AK, Avropa Şurası və Aİ diplomatiyasının rəhbərləri sammitdə assosiasiya liderlərinin paket qərarı ilə təsdiqlənir. Onlar rəsmi olaraq Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
azpost.info

1Sources