EN

Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb

Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri, M.P.Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
210
10
apa.az

10Sources