EN

Norveç müharibə ehtimalına görə taxıl ehtiyatı yığmağa başlayıb

Norveç hökuməti fövqəladə hallar zamanı taxıl ehtiyatlarının artırılması məqsədilə dörd şirkətlə müqavilə imzalamaq qərarına gəlib. News365.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Nəşr yazır ki, “Təcili taxıl ehtiyatlarının yaradılması ağlasığmaz vəziyyətlərə əvəvəlcədən olan hazırlıqdır”.

O da bildirilir ki, məlum sövdələşmə 30 min ton taxılın ölkə daxilində müxtəlif istiqamətlərə paylanmasını nəzərdə tutur. Qeyd edək ki, Norveçin əhalisi 5,5 milyon nəfərdir.

Xatırladaq ki, bu gün Çinin may ayında Rusiyadan un və taxıl alışını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artırması barədə məluma yayılmışdı.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
news365.az

1Sources