EN

Fələstin tərəfdarları limanı bağlayıb

İtaliyada Fələstin tərəfdarlar ölkənin şimal-qərbindəki Genuya limanını avtomobillərə bağlayıb.

Onlar İsrailə silah və sursat göndərilməsinə qarşı nümayiş keçiriblər.

"Cebhe.info" xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün Genuyada fələstinlilərin tərəfdarı olan bir qrup və nəqliyyat sektorundakı ticarət birləşmələri səhər saatlarında Genuya limanına girişləri bağlayıblar. Onlar "Fələstin xalqının qətliamını dayandırmaq üçün keçidləri bağlayırıq",- deyə çağırış ediblər.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, etiraz aksiyası səhər saatlarında limanın San Benigno qapısında nəqliyyatın hərəkətinin dayandırılması ilə başlayıb. Digər qapılar isə sonradan bağlanıb.

Saylarının 500-dən çox olduğu bildirilən etirazçılar Genuya limanının qapılarını bir-bir bağlayıb və konteyner daşıyan yük maşınlarının gəmilərə yüklənməsinə icazə verməyiblər. Bu səbəbdən də mətbuatda limanın qarşısında və limana gedən yollarda uzun tıxac yaranıb.

Nümayişçilər "Genuya limanı Fələstin xalqının qırğınına töhfə verən silahların köçürüldüyü bir nöqtədir",- deyib. Onlar limanda etdikləri simvolik hərəkətlə bunun qarşısını aldıqlarını deyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
cebheinfo.az

1Sources