EN

“Vaşinqton sülh danışıqları ilə bağlı səylərini davam etdirir” – Ağ Evdən açıqlama

“Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirir”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Vaşinqton İrəvanla Bakı arasında əməkdaşlığı dəstəkləməkdə davam edir, həmçinin bu mübahisəni həll etməyə çalışır”, - Miller deyib.

İyunun 20-də E.Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı olub. ABŞ dövlət katibi bu istiqamətdə ABŞ-nin dəstəyini bir daha təsdiqləyərək, sazişin dərhal bağlanmasının vacibliyini vurğulayıb.

Sülh gündəminin irəliləməsi baxımından Əliyev isə Ermənistanda konstitusiya, müvafiq qanunlar və daxili normativ hüquqi aktlar əsasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov noyabrda Bakıda keçiriləcək COP29 konfransını sülh sazişinin imzalanması üçün yaxşı fürsət hesab edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources