EN

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir.

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
49
olaylar.az

10Sources