EN

Makronun partiyasının ciddi məğlubiyyətlə üz-üzə qalacağı artıq istisna edilmir- ÖZƏL

"Fransada Emmanuel Makron çox ciddi səs itkiləri ilə üz-üzədir. Ümumiyyətlə, aparılan ictimai rəy sorğuları Fransada seçki mühitinin və gündəminin araşdırılması ilə məhşur olan bir çox ictimai rəy institutları Fransadakı seçkilərdə vəziyyətin gərgin olmağı ilə bağlı ortaq qənaətə gəlirlər". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:

"Son dövrlər bütün Qərbi Avropada radikal sağın populyarlaşması fonunda Fransada da ifrat sağçılar çox ciddi mövqelər qazanıblar. Özəlliklə, Marine Le Penin rəhbərlik etdiyi sağçı partiya mövqelərini gücləndirib. Əslində, parlamentdə Makronun partiyasının mövqelər itirməsi avtomatik olaraq yeni prezident seçkilərinin də gəlməyini tələb edəcək. Bu baxımdan Fransadakı parlament seçkilərində Makronun partiyasının ciddi məğlubiyyətlə üz-üzə qalacağı artıq istisna edilmir. Ona görə də bu hadisələr fonunda da Fransada prezidentliklə bağlı seçkilər məsələsi və çağırışlar Fransa cəmiyyətindən eşidilməyə başlanır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
olaylar.az

1Sources