EN

Gürcüstünda vəziyyət gərginləşir - Hökumətə qarşı hərəkətə keçildi

Gürcüstanda Avropayönlü partiyalar hökuməti istefaya göndərmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Politico yazıb.

Gürcüstanın aparıcı müxalifət partiyaları oktyabr ayında keçiriləcək ümummilli seçkilər zamanı ölkənin Aİ-yə namizədliyini əngəllədiyini iddia etdikləri hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasını sıradan çıxarmaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Söhbət "Vahid Milli Hərəkat" (BMH), liberal "Gürcüstan naminə Lelo", "Yeni Siyasi Mərkəz - Girçi", "Axali", "Gürcüstan Naminə", "Avropa Sosialistləri" partiyalarından gedir. Nəşr qeyd edir ki, iki tərəf hazırda Gürcüstanı Aİ-yə sürətli inteqrasiya yoluna qaytarmaq niyyəti ilə sazişi imzalamaqdan imtina edib.

Razılaşmanın bir hissəsi olaraq, imzalayan tərəflər oktyabr seçkilərində bir-birilərinin səslərini itirməmək üçün birgə kampaniya strategiyası hazırlamağı, həmçinin Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin yenidən seçilməsinə dəstək verməyi öhdələrinə götürüblər. Bəyanat həmçinin Qərb ölkələrini azad və ədalətli seçkilərin təmin edilməsinə yardım etməyə çağırıb.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
teleqraf.com

1Sources