EN

“Dədə Ələsgər Ocağı” kitabı nəşr olundu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” layihəsi çərçivəsində  hazırlanan “Dədə Ələsgər Ocağı” kitabı nəşr olundu.

Kitabda Aşıq Ələsgər ocağının ən istedadlı nümayəndələrinin – tanınmış aşıqların və el şairlərinin əsərlərindən seçmələr toplanmışdır. Ələsgərin atası Alməmmədin, qardaşı çoban Məhəmmədin, qardaşı oğlu məşhur Növrəs İmanın, oğlu Talıbın nəticəsi İsmixanın və başqalarının əsərlərindən nümunələr daxil edilmişdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri və layihənin rəhbəri Xətai Ələsgərin sözlərinə görə yaxın günlərdə kitabın təqdimat mərasimi keçriləcəkdir.

Xatırladaq ki, sözügedən layihənin icra müddəti 3 ay idi. Layihə çərçivəsində “Dədə Ələsgər Ocağı” kitabının nəşri və təqdimatı nəzərdə tutulmuşdu.

Herbiand.az">Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
2
herbiand.az

3Sources