EN

Azərbaycan badmintonçusu beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan badmintonçusu Rəvan Niftalıyev beynəlxalq səviyyəli sertifikata layiq görülüb.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, Dünya Badminton Federasiyası tərəfindən İspaniyanın Vitoriya şəhərində təşkil edilən “BWF National Level 1 Classifier Workshop” kursunda iştirak etməklə bu uğura nail olub.

Qeyd edək ki, sertifikat beynəlxalq səviyyədə parabadminton üzrə məşqçi kimi çalışmağa imkan verir.

 

Chosen
67
2
azertag.az

3Sources