EN

“Putinlə dialoqa hazıram” – Makron yenə “nala-mıxa vurur”

Bir müddət əvvəl Ukraynaya qoşun göndərməyi nəzərdən keçirən Fransa Prezidenti Emmanuel Makron indi də Vladimir Putinlə “müxtəlif məsələlər” üzrə dialoqu davam etdirməyə hazır olduğunu deyib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Makron danışıqların müsbət nəticəyə gətirə biləcəyinə inandığını söyləyib: “Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim... Son bir neçə ayda heç bir dialoq olmayıb, amma bu və ya digər mövzuda bunu istisna etmirəm”.

Makron Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri dəfələrlə Putinə zəng edib və onu müharibəni dayandırmağa inandırmağa çalışıb. Onlar sonuncu dəfə 2022-ci ilin sentyabr ayının əvvəlində danışıblar. Ötən il dekabrın sonunda Putin mətbuat konfransında bəyan etmişdi ki, Fransanın müvafiq istəyi olarsa, Moskva Parislə dialoqa hazırdır.

Mayın əvvəlində isə Makron bəyan edib ki, Fransa hakimiyyəti Rusiyada rejim dəyişikliyinə can atmır və Moskva ilə müharibə aparmır. Eyni vaxtda Makron Rusiya cəbhəni yarsa və Kiyevdən müvafiq sorğu olarsa, Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib. Fransa Prezidentinin sözlərinə görə, hazırda Qərbin qarşısında duran əsas vəzifə Moskvanın Kiyevi məğlub etməsinə mane olmaqdır, çünki o zaman Rusiya ordusu digər Avropa ölkələrini işğal edə bilərdi. Makron həmin vaxt Rusiyanı “təhlükə” adlandıraraq, “bütün avropalıların bu fikirdə olduğunu” vurğulayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources