"Trabzonspor" klubu Rumıniya milisinin hücumçusu Denis Draqusu heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Trabzonspor" açıqlama yayıb.
Bildirilib ki, rumıniyalı hücumçu Denis Draqus ilə 4 illik müqavilə imzalanıb: "Razılaşmaya əsasən, transferə görə hücumçunun indiyədək çıxış elədiyi "Standard Liege"yə 1 milyon 700 min avro ödəniləcək. Futbolçuya isə hər mövsüm üçün 1.575.000 avro sabit maaş veriləcək".
Fərid Aslan
MİA.AZ