EN

"Bunun heç cürə müdafiə olunası tərəfi yoxdur"

Bu gün ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun məhkəməsi olub. Məhkəmədən sonra mediaya açıqlama verən Əhmədin xalası Şəfaqət Bədəlova onu qəyyumluğa götürmək istədiyini deyib. Axşam.az xəbər verir ki, Ş.Bədəlovanın açıqlamasını yayımlayan Əməkdar artist Mehriban Xanlarova buna reaksiya verib. Aktrisa qadının açıqlamasını tənqid edib:

 

"Siz nə danışdığınızın fərqindəsiniz? Sizin bacınız oğlu Əhməd, öz ailəsini vəhşicəsinə qətlə yetirib. Bunun heç cürə müdafiə olunası tərəfi yoxdur. Hansı vicdanla bacınızı və onun ailəsini qətlə yetirən birini qəyyumluğa götürmək istəyirsiniz? Çox gözəl başa düşürük ki, qəyyumluğa götürmək məqsədinin altında nələr yatır... Barmağını qırmaq məsələsinə gəldikdə isə kim edibsə, əcəb edib. Bəlkə düşünürdünüz ki, ailəsini və iki azyaşlı körpəni öldürən şəxsi gül-çiçəklə qarşılayacaqlar?".

 

Qeyd edək ki, Əhməd ikisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunur.

Tarix: 25 İyun 2024, 15:41   
Chosen
108
pravda.az

1Sources