Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeriy Gerasimov haqqında həbs qərarı çıxarıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə bəyanat ICC-nin saytında dərc edilib.
Sənəddə deyilir ki, bu şəxslərin Rusiya Silahlı Qüvvələri tərəfindən 2022-ci ilin oktyabrın 10-dan 2023-cü ilin martın 9-na qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.