EN

"Belqoroddan sonra oranı vuracağıq" - Zelenski növbəti hədəfi AÇIQLADI

Ukrayna Rusiyanın Belqorod vilayətinə pilotsuz təyyarə ilə hücum edib. Bölgənin qubernatoru Vyaçeslav Qladkov hücum nəticəsində şəhər yaxınlığındakı kənddə yaşlı bir qadının öldüyünü, 4 nəfərin isə yaralandığını deyib.

 

Sfera.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukraynaya məxsus 29 PUA məhv edilib.

 

Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Ali Baş Komandanı, Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşüb.

 

“Biz regionlardakı vəziyyəti nəzərdən keçirdik, əsas diqqət mərkəzimiz Donetsk bölgəsidir. Biz həmçinin Ukrayna Silahlı Qüvvələrində kadr məsələlərini də müzakirə etdik”, -  Zelenski görüşdən sonra bildirib.

 

Zelenski eyni zamanda, USQ-nin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolun yerinə briqada generalı Andrey Hnatovu təyin etmək qərarına gəldiyini açıqlayıb.

 

Dünən isə ölkə başçısı,  polkovnik Oleksi Morozovun Dövlət Mühafizə İdarəsinin rəisi təyin edildiyini bəyan edib.  Belə ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Zelenskiyə sui-qəsd planlaşdıran iki nəfəri saxlamasından sonra Dövlət Mühafizə İdarəsinin əvvəlki rəhbəri Sergey Rud vəzifəsindən azad edilib.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
1
sfera.az

2Sources