Türkiyə Rusiya və Ukraynanın sülh üçün danışıqlar masasına oturmasını istəyir.Ulusum.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib.O qeyd edib ki, 500 mindən çox insanın ölümünə səbəb olan bu müharibəyə son qoyulmalıdır: “Biz istər Rusiya, istər Ukraynanın qan tökülmənin dayandırılması məsələsində istəkli olduqlarını görmək istəyirik. Biz bunu məzmun və şərtlərinin nə olmasından asılı olmayaraq, önəmli addım olaraq görürük”.
Diqqət Çəkənlər
Tətil zamanı ən çox edilən 8 səhv
Məşhur aktyor köpək balığının qurbanı oldu
Kür çayında batan şəxsin axtarışları davam etdirilir - VİDEO