EN

Siyavuş Novruzov: "Seçkiləri qışa təyin edəndə deyəcəklər ki, "soyuqdur", yaya salanda deyəcəklər, "istidir""

Milli Məclisin Regionla məsələlər komitəsinin sədri Siyavuş Novruzov müxalif dairələrin parlament seçkilərini hökumətin qəsdən yay aylarına salması barədə iddialarına cavab verib. 

 

S.Novruzov Pravda.az-a açıqlamasında deyib ki, seçkilər hələ elan olunmayıb.

 

“Ayın neçəsi keçiriləcək, bu, hələ bəlli deyil. Bununla bağlı proses gedir. İkincisi, seçkiləri qışa təyin edəndə deyəcəklər ki, “soyuqdur”, yaya salanda deyəcəklər, “istidir”. Dünyanın hansı ölkəsində belə bir məsələ var? Daha bundan o tərəfə söhbət qalmır. “İndi soyuqdur, onda istidir...” Sabah deyəcəklər ki, hava küləklidir, birisi gün deyəcəklər, yağışlıdır. Seçki ilə məşğul olun, seçkidən qorxmayın. Seçkidə qanunun tələbi ilə iştirak etmək istəyən heç vaxt belə bir bəhanə gətirə bilməz. Gələr, sənədlərini verər, seçkidə iştirak edər”, - o qeyd edib.

 

Aytəkin Qardaşova 

Tarix: 25 İyun 2024, 15:05   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
pravda.az

1Sources