EN

Qərb blokuna qarşı Şərq bloku qurulur-ŞƏRH

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Rudenko bildirib ki, Rusiya yaxın vaxtlarda İranla hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir:

"Sazişin mətni üzərində işlər yekunlaşmaq üzrədir. Hazırda iki ölkə üçün əsas vəzifə bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır".

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Qərb blokuna qarşı Şərq bloku formalaşdırılır:

"Başda Rusiya, İran və Çin olmaqla bəzi ölkələr NATO-ya alternativ bir birlik yaratmaq istəyir. Rudenkonun açıqlaması Qərb blokuna qarşı yeni cəbhənin formalaşmaqda olduğunun elanıdır. Azərbaycan və Türkiyənin bu məsələdə mövqeyinə gəldikdə isə biz bilirik ki, Türkiyə NATO ölkəsidir. Lakin buna baxmayaraq yaxın zamanlarda BRICS-ə üzvlüklə bağlı müsbət fikirlər səsləndirdi. Bu onu göstərir ki, rəsmi Ankara Qərb və Şərqlə tarazlaşdırılmış münasibətlər qurmaq istəyir. Hesab edirəm ki, Azərbaycanında mövqeyi bu yöndədir".

Ekspert əlavə edib ki, bütün Türk dövlətlərinin mövqeyi belə olmalıdır:
"Onlar nə Şərq, nə də Qərb blokunda yer almalıdır. Azərbaycan və Türkiyənin əsas məqsədi Türk dövlətləri birliyin formalaşmasıdır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
sherg.az

1Sources