EN

POST-3M elektron kəşfiyyat stansiyası modernləşdirilir

“Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu POST-3M elektron kəşfiyyat stansiyalarının modernləşdirilməsi üzərində işləyir.

“Poliqon” “Roselektronika” holdinqinə istinadən xəbər verir ki, modernləşdirmə nəticəsində POST-3M-lərin funksionallığı genişlənəcək və etibarlılığı artacaq.

POST-3M elektron kəşfiyyat stansiyası həm təyyarələrin, helikopterlərin, dronların və gəmilərin radarlarını, həm də komanda və idarəetmə mərkəzlərində, aviasiya bazalarında, eniş meydançalarında, buraxılış və atəş mövqelərində yerləşdirilən müxtəlif təyinatlı yerüstü radarları aşkarlaya bilir. Stansiya tamamilə avtonomdur və onun bütün avadanlıqları bir şassi üzərində yerləşdirilib.

Stansiyanın istismarı üçün tələb olunan şəxsi heyətin sayı hər növbədə iki nəfərdir.

POST-3M-in əsas üstünlüyü sektorda 0-dan 360 dərəcəyə qədər hərtərəfli görünürlülük təmin etməklə düşmən radarlarının effektiv şəkildə aşkarlanmasına şərait yaratmaqdır. Elektron kəşfiyyat məlumatları komandiri təhdidlər barədə əvvəlcədən xəbərdar edərək bölmələrə vaxtında cavab tədbirləri görməyə imkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
poliqon.az

1Sources