Bakı. Trend:
Qazax rayonunun Canalı kəndində yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlıevin 3 otağının yanar konstruksiyaları 80 m², dam örtüyü 150 m²sahədə, həyətdə dayanan “ГАЗ” markalı minik avtomobilinin yanarhissələri və əraziyə yığılan 1,6 ton ot bağalamasının 0,8 tonuyanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizəolunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindənsöndürülüb.