EN

Culian Assancın təyyarədən yeni fotosu paylaşılıb

Culian

London, 25 iyun, AZƏRTAC

“Wikileaks” portalının təsisçisi Culian Assanc ABŞ hökuməti ilə razılaşma əldə etdikdən sonra zaminə buraxılıb.

AZƏRTAC xəbər verir ki, o, iyunun 24-də Britaniyanı tərk edib. Culian Assancın göyərtəsində olduğu təyyarə Banqkokun Don Mueang hava limanına enib. “Wikileaks” portalının “X” sosial media səhifəsində Assancın yeni fotosu paylaşılıb.

Fotonun açıqlama hissəsində Culianın Banqkok hava limanına və azadlığa doğru yaxınlaşdığı qeyd olunub.

BBC kanalının yaydığı məlumata görə, Culian Assancı Böyük Britaniyadan Tayland və Şimali Marian adalarına, daha sonra isə Avstraliyaya aparacaq uçuş ümumilikdə 500 min dollara, yəni 393 min 715 funt sterlinqə başa gələcək.

Culian Assancın həyat yoldaşı Stella Assanc BBC-yə açıqlamasında pulu Avstraliya hökumətinin ödəməyə razılaşdığını deyib. Daha sonra isə pul hökumətə Assanca dəstək kampaniyası tərəfindən yığılacaq ianələrlə geri ödənəcək.

Qeyd edək ki, Avstraliya hökuməti Assanc ilə bağlı razılaşmanın təmin edilməsində mühüm rol oynayıb və ölkənin Böyük Britaniyadakı Ali Komissarı Stiven Smit Assanc Böyük Britaniyanı tərk edərkən onu müşayiət edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
3
azertag.az

4Sources