EN

Pensiyaların indeksləşdirilməsi ilə bağlıQƏRAR

Dövlət Duması 2025-ci ildən işləyən ruslar üçün pensiyaların indeksləşdirilməsinin qaytarılması haqqında qanunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilir ki, iyunun əvvəlində Rusiyanın baş naziri Mixail Mişustin hökumətin 2025-ci il fevralın 1-dən işləyən vətəndaşlar üçün pensiyaların indeksasiyasını bərpa etmək planlarını açıqlamışdı.

Bundan əvvəl prezident Vladimir Putin Nazirlər Kabinetinə müvafiq tapşırıqlar vermişdi.

Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, indeksasiyadan sonra rusiyalı pensiyaçıların pensiyalarında minimum artım 1,3 min rubl olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
ikisahil.az

1Sources