EN

Azərbaycanda taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb?

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ("Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 7 mini keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 
"Təlim keçən sürücülərin sayı isə 24 mini keçib", - deyə agentlik bəyan edib.
 
Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ("Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") almalıdır.
 
Chosen
84
30
moderator.az

10Sources