EN

"Siyəzən-Broyler" cərimələnə bilər

"Siyəzən-Broyler" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunaraq bxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəylər Ələkbərovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Siyəzən-Broyler" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
e-huquq.az

1Sources