EN

Arıqlamaq uğrunda özünü ölümə sürüklənmə

Yayın gəlişi ilə tez arıqlamaq istəyənlərin sayı artıb, amma bir çoxları tez arıqlamaq üçün zərərli üsullara əl atır.

Yenisabah.az xəbər verir ki, belə zərərli üsullardan biri şəkərli diabetin müalicəsində istifadə olunan dərmanların nəzarətsiz qəbul edilməsidir.

Bu indi tez arıqlamaq istəyənlərin ən çox istifadə etdiyi üsuldur. Mütəxəssislərin fikrincə, şəkərli diabet xəstələrinin hətta həkim nəzarəti altında belə arıqlamaq üçün nəzarətsiz və həkim məsləhəti olmadan istifadə etməsi kifayət qədər təhlükəlidir.

Türkiyəli tibb eksperti Cem Gezen bu mövzu ilə bağlı açıqlama verib:

"Bu dərmanlar dünyanın heç bir yerində çəki nəzarəti üçün təsdiqlənməyib. İştahanı kəsdiyi, aclığı gecikdirdiyi və toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlər nəzarətsiz şəkildə istifadə edə bilir. Bu pankreas xəstəliyinə səbəb, hətta çox inkişaf etmiş səviyyələrdə ola bilər. Üstəlik, qaraciyər və böyrək, mədə-bağırsaq xəstəliklərinə, ishal və qəbizliyə". SEO Xidməti

Sözügedən dərmanı könüllü istifadə edən və bir ildən tez atan insanlar itirdikləri çəkinin böyük hissəsini geri qaytarırlar. Mütəxəssislər bu və buna bənzər təhlükəli üsullara əl atmaqla deyil, nizamlı idman, sağlam qidalanma və kifayət qədər yuxu ilə uzunmüddətli arıqlamanın mümkün olduğunu vurğulayırlar.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
yenisabah.az

1Sources