EN

"Cinsi qısnama və ya digər seksual davranışlar sərgiləmək..." — AÇIQLAMA

Bu gün ilahiyyatçı kimi tanınan hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi xəbəri gündəm olub. Bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yazılan rəylər vəziyyətin nə qədər ciddi olduğunu göstərir. 

Məsələ ilə bağlı Demokrat.az xəbər portalına açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, hansısa şəxsə qarşı cinsi qısnama və ya digər seksual davranışlar sərgiləmək psixoloji pozuntunun aydın göstəricisidir.

Rövşən Nəcəfov qeyd edib ki,  cinsi təcavüzə məruz qalmış qurban uşaqdırsa və sonra ona lazımi kömək göstərilməyibsə, həmin uşaq uzun zaman bu təcavüzün psixoloji təsiri altında qalır:



“Psixoloji hadisələr və davranışlar müşahidə edildiyi zaman cinayi düşüncələr varsa, hüquqi qiymətin verilməsi gözlənilməlidir. Psixologiyanın sərhədi hüquqa qədərdir. Dinindən, irqindən, milliyyətindən və sosial mənşəyindən asılı olmayaraq qanun hər kəs üçündür. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır və daşımağa məcburdur. Azyaşlılara qarşı cinsi istismarın olması pedofiliyadır. Pedofiliya ilə mübarizədə psixoloji və hüquqi maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Uşaqlar və valideynlərə bununla bağlı düzgün informasiyalar verilməlidir. Cinsi sui-istifadəyə məruz qalan şəxslər psixoloji pozuntulara düçar olurlar. Bu intihara gətirib çıxarır. Bu cür ölümlər, cinsi travmalardan xilas olmaq istəyənlərin seçim azlığının psixoloji ifadəsidir. Bu, şəxslərdə patoloji qorxu və travmalı stress əlamətləri ilə özünü büruzə verir. Cinsi istismara məruz qalmış şəxslərdə davamlı yuxu və yemək pozuntuları olur. Gələcəkdə içkiyə və ya narkotik maddələrə qurşanırlar. Həmin şəxslər tənhalığa qapılırlar”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
demokrat.az

1Sources