EN

“Baqrat indiki hakimiyyətə müxalif lider kimi davranır“ - Arzuman Abdulkərimov

"Ermənistan Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirdikdən sonra sülh müqaviləsi imzala bilər"

"Ana Vətən" Partiyasının sədr müavini Arzuman Abdulkərimov bunu News365.az-a deyib.

"Anklavda olan 4 kəndlərimizlə bağlı ola bilər ki, yenidən bu məsələ baxılsın. Bu məsələ Tavuş bölgəsində yaradılmışdı. Azərbaycana 4 kəndin verilməsi ilə bu məsələ oldu. Baqrat Qalstanyan indiki hakimiyyətə müxalif lider kimi davranır. Mən düşünmürəm ki, bu məsələ yatırdılıb, əslində ocaq var və istənilən vaxtı onu yenidən Paşinyan hökümətinə qarşı alovlandıra bilərlər. Paşinyan bunu görərəl, özünün daxili auditoriyada nüfuzunun itiriləcəyini düşünərək, yenidən özünü revanşist kimi göstərmək istəyir. Paşinyan düşünür ki, gələcəkdə bu məsələlər nə qədər uzanarsa, Fransa da b arada ona silahlandırma ilə bağlı verdiyi vədləri əməl edərsə, hansısa Azərbaycan tərəfinin çşərtlərini qəbul etməməklə öz daxili auditoriyada nüfuzunun artırılmasına nail olmaq istəyir"- deyə qeyd edib. 

Vəfa Vəliyeva, News365.az


Chosen
126
news365.az

1Sources