EN

Qəzzada 21 minə yaxın uşaq itkin düşüb...

Save the Children təşkilatının verdiyi açıqlamada, İsrailin Qəzzanın cənubundakı Rəfahda artan hücumları səbəbiylə ailələrindən ayrılan uşaqların sayının artdığı, müdafiəsiz uşaqları qoruyanlara təzyiq edildiyi bildirilib.

Sitat.info xəbər verir ki, açıqlamada, Qəzzada təxminən 17 min uşağın ailələrindən ayrıldığı və ya müşayiətsiz itkin düşdüyü deyilir. Təxminən 4 min uşağın dağıntılar altında, kütləvi məzarlıqlarda və ya adı açıqlanmayan məzarlarda olduğu təxmin edilir. 

Açıqlamada naməlum sayda uşağın nəzarətə alındığı və Qəzzadan çıxarılmış ola biləcəyi vurğulanıb.

 

15 mindən çox uşağın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb
İsrailin hücumları zamanı dağıntılar altında ölən və ya çadırlarda yananların cəsədləri tanınmaz hala gəlir və bu, şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirir.

Qəzzada Səhiyyə Nazirliyinin məlumatlarına görə, İsrailin hücumlarında 15 mindən çox uşağın  şəxsiyyəti müəyyən edilə bilməyib.

Kütləvi məzarlıqlarda basdırılan uşaqların üzərində işgəncə izlərinin olduğuna diqqət çəkən açıqlamada belə qeyd olunur: "İyunun 9-na kimi, İordan çayının qərb sahilində  İsrailin həbs sistemində 250-yə yaxın uşaq itkin düşüb. Onların ailələri harada olduqlarını təsbit etmək iqtidarında deyillər. Oktyabr ayında ziyarətlərə qoyulan məhdudiyyətlər səbəbiylə uşaqlarının sağlamlıq vəziyyəti haqqında məlumat ala bilmirlər". 

Bəyanatda həmçinin BMT-yə pis rəftar, zorla yoxa çıxma və həbsdə kütləvi işgəncə ilə  bağlı çoxsaylı hesabatların göndərildiyi barədə məlumatlar da yer alıb.

“Heç bir valideyn övladını tapmaq üçün qəbir qazmamalıdır”.
 

Save the Children Yaxın Şərq Regional direktoru Ceremi Stoner deyir:  "Sevdiklərinin harada olduğunu bilməmək ailələr üçün işgəncədir. Heç bir valideyn uşağını tapmaq üçün dağıntıları və ya kütləvi məzarları qazmamalıdır. Heç bir uşaq müharibə zonasında tək və müdafiəsiz qalmamalıdır”.

Uşaqların yaşamını itirməsi və itkin düşməsi riskinin davam etdiyini xatırladan Stoner Qəzzanı “uşaq qəbiristanlığı” ilə müqayisə edib.

Qətlə yetirilən uşaqların uçotu aparılmalı, ailələr məlumatlandırılmalı, dəfn mərasimlərinə hörmətlə yanaşmalı və səbəbkarlar məsuliyyətə cəlb olunmalıdır” - Stoner itkin düşən uşaqların tapılması, sağdırsa, ailələrinə qovuşması və ailələrin bundan sonra ayrılmasının qarşısının alınması üçün təcili atəşkəs əldə edilməli olduğunu da vurğulayıb: "Hər gün daha çox nəzarətsiz qalmış uşaq tapırıq və onlara dəstək olmaq daha da çətinləşir. Biz nəzarətsiz uşaqları tərəfdaşlarımızla müəyyən etməyə və onların ailələrini tapmağa çalışırıq. Lakin bu vaxt biz onları saxlamaq üçün təhlükəsiz yer tapmağa çalışırıq. Qəzzada isə təhlükəsiz yer yoxdur.Uşaqlara baxan qohumlar və qonşular da çadır, su kimi ən əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Çox uşaq var ki, yad adamlarla yaşayırlar və ya tamamilə təkdirlər, bu, onların zorakılığa məruz qalması və "sui-istifadə riskini" artırır. 

 Məğrur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
1
sitat.info

2Sources